Cəmiyyət

Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

– imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti üç saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlərin “İmtahana buraxılış vərəqəsi”ndə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edilir ki, kitabça ilə mütləq tanış olsunlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda yeddi binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün yeddi ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir