Cəmiyyət

Bu il təbii və texnogen mənşəli hadisələr nəticəsində ölənlərin sayı açıqlandı

Sharing is caring!


Bu ilin doqquz ayı ərzində respublika ərazisində 12 425 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 2 139 hadisə və ya 15% azdır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 181 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 25 nəfər xilas edilib, 2 587 nəfər təxliyə olunub.

Həmin müddətdə baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1 351 olub. Yanğın hadisələri zamanı 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 38%, xəsarət alanlar üzrə 54 nəfər və ya 30% azdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir