Cəmiyyət

16 yaşlı Həmidin müalicəsi üçün 600 manata ehtiyacı var – FOTO

Sharing is caring!


16 yaşlı Həmidin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Pərvanə Bəydəmirova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə yüngül əqli gerilik və epilepsiya xəstəliyindən əziyyət çəkir.

“Həmidin 16 yaşı var, mən ona hamilə olarkən hündürlükdən yıxıldım, buna görə Həmidi zamanından tez dünyaya gətirdim. Övladımda anadangəlmə əqli gerilik və epilepsiya xəstəliyi var. İnanın, bəzən gün ərzində 6-7 dəfə epilepsiyası tutur. Hazırda övladımın biraylıq müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 946-12-98

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir