Cəmiyyət

Şahbuzda su anbarından meyit tapılıb – FOTO

Sharing is caring!


Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosuna Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Şahbuz şəhər sakini 1964-cü il təvəllüdlü Mahir Musa oğlu Hüseynova aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir