Cəmiyyət

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Sharing is caring!


Göygöl şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2106 və UAZ markalı avtomobillər toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ markalı avtomobilin sürücüsü – 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, VAZ markalı avtomobil taksi kimi fəaliyyət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir