Cəmiyyət

Zaur İbrahimov: “Bu ilin sonuna qədər əlilliyi olan 1500 nəfər fərdi ev və mənzillərlə təmin olunacaq”

Sharing is caring!


“Bu ilin sonuna qədər şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan 1500 nəfər fərdi ev və mənzillərlə təmin olunacaq”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Zəngilan şəhəri günündə 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinin müavini Zaur İbrahimov deyib. 

Onun sözlərinə görə, postmüharibə dövründən sonra Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara uyğun mənzil proqramları 5 dəfə genişləndirilib: 

“Cari ildə 850 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər fərdi evlərlə və mənzillərlə təmin edilib. Bu ilin sonuna qədər ən azı bu kateqoriyadan olan 1500 nəfər fərdi ev və mənzillərlə təmin olunacaq”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir