Dünya

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib

Sharing is caring!


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edən ölkə kimi Azərbaycanın seçilməsini böyük uğur kimi qiymətləndirərək bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Bu qərar ölkənizin beynəlxalq aləmdə yüksək nüfuzunun, Azərbaycanın səmərəli və mütərəqqi siyasətinin tanınmasının və qlobal iqlim gündəliyinin yüksək məqsədlərinə sadiqliyinin bariz göstəricisidir.

Əminəm ki, bu irimiqyaslı forumun gözəl Bakıda təşkili Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə mühüm töhfə verəcək, dövrümüzün ən aktual problemlərinin həllinə töhfə verəcək, dünya ictimaiyyətinin diqqətini ekoloji və regional məsələlərə cəlb edəcəkdir”, – Kasım-Jomart Tokayev qeyd edib.

Qazaxıstan prezidenti azərbaycanlı həmkarını əmin edib ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.

Qeyd edək ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Mənbə: İnform.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir