Dünya

Alla Puqaçovanın nəvəsi axtarışdadır

Sharing is caring!


Rusiyada məhkəmə icraçıları borca görə Rusiyanın estrada ulduzu Alla Puqaçovanın nəvəsi aktyor və musiqiçi Nikita Presnyakov və onun həyat yoldaşı axtarışa veriliblər.

ABŞ-də olan Nikita Presnyakov və həyat yoldaşı Alyona Presnyakova “Niko Sport” şirkətini idarə edirlər. Şirkət küçə idman avadanlıqlarının distribütorudur. O, Moskvada və regionda inşaatçıların sifarişi ilə idman meydançaları quraşdırmaqla, həmçinin dövlət müqavilələrini yerinə yetirməklə pul qazanır.

Məlumata görə, Alyonanın Federal Vergi Xidmətinə təxminən 80 min rubl (1 490 manat) borcu var və indi məhkəmə icraçıları şirkətdə qeydiyyatda olan avtomobillərinə görə Presnyakovların axtarışına qoşulublar.

Avtomobilin iki ildir yığılan cərimələri ödənilmir. Cərimə məbləği isə artıq 60 min rubla (1 115 manat) çatıb.

Mənbə: “SHOT” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir