Cəmiyyət

Mübariz Qurbanlı: “Hələlik ianələrin ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb”

Sharing is caring!


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə nəzir qutularına ianələrin ödənilməsi ilə bağlı hazırlanan yeni qaydalar barədə danışıb.

Oxu.Az-ın məlumatına görə, o hazırda qaydalarla bağlı təkliflər hazırlandığını deyib.

“Hələlik ianələrin ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar qəbul edilərsə, şərtlər çərçivəsində ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq”, – deyə komitə sədri qeyd edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir