Cəmiyyət

Azərbaycanda doqquz ayda tikilən, yenidən qurulan və təmir olunan yol, prospekt və küçələrin STATİSTİKASI

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda respublika əhəmiyyətli 296,7 kilometr, yerli əhəmiyyətli 254,1 kilometr və Bakı şəhərində 21 kilometr olmaqla, ümumilikdə 571,8 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, hesabat dövründə Bakı şəhəri və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 543 yol nişanları, 9 563 siqnal dirəkləri, 63 449 poqonometr əyrixətli tirlər quraşdırıb və bərpa edilib, 2 109,3 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

Bakı şəhəri və respublikanın ümumi istifadədə olan avtomobil yollarının təhkim zolaqlarına 80 074 ədəd müxtəlif növ ağac və kol əkilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir