Cəmiyyət

“Naxçıvan” Universiteti bağlanır? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bu gün sosial şəbəkələrdə “Naxçıvan” Universitetinin fəaliyyətini dayandırması barədə məlumatlar yayılıb.

İddia edilib ki, artıq bununla bağlı kollektivə də xəbərdarlıq edilib.

Eyni zamanda, orada yoxlamalar aparıldığı bildirilib.

Məsələ barədə universitetin rektoru Anar Kazımov Oxu.Az-a açıqlamasında bildirib ki, təhsil ocağına verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında yayılan məlumatlar yanlışdır:

“Belə bir rəsmi xəbər bizə daxil olmayıb. Universitetin bu və ya digər formada fəaliyyətinin davam etdirilməsi təsisçinin verə biləcəyi qərardır. Belə bir qərar olanda rəsmi şəkildə elan ediləcək. Eyni zamanda, xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb?”

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir