Cəmiyyət

Mingəçevirdə qanunsuz ağac kəsmə faktı ilə bağlı cinayət işi başlanıb

Sharing is caring!


Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində qanunsuz ağac kəsilməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı məscidin həyətində 60 ədəd müxtəlif cinsli ağac, 9 ədəd fındıq kolunun kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 16 min manatdan artıq ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir