Cəmiyyət

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Sharing is caring!


Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Orta Zəyzid kəndində qeydə alınıb.

Oğuz rayon sakini, 1973-cü il təvəllüdlü Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çuxura düşüb.

Qəza zamanı avtomobildə olan sərnişin – Oğuz rayon sakini, 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir