Cəmiyyət

Abşeronda betonqarışdıran avtomobil dayanacağa aşıb, ölən var

Sharing is caring!


Abşeronda yol-nəqliyyat hadisəsi zamanı betonqarışdıran yük avtomobili aşıb.

APA xəbər verir ki, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Rasim Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük avtomobili qarşı yoldan gələn BMW markalı avtomobillə toqquşub. Nəticədə yük avtomobili sürüşərək yolun kənarındakı avtobus dayanacağına aşıb və dayanacaq uçub. Bu zaman dayanacaqda olan piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir