Cəmiyyət

Deputat: “Axşama qədər silah səsləri eşidilir, ora quş gələr?!”

Sharing is caring!


“Bir ara müxtəlif ölkələrdən Azərbaycana gəlib nadir heyvan ovçuluğu ilə məşğul olanların sayı artmışdı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, onlar ov etməyə müəyyən vəsait ödəyirlər: 

”Heç o vəsaitin büdcəyə xeyri yoxdur. Amma təbiətimizi məhv edirlər. Bu vəziyyəti dəqiq təsəvvür edə bilmirəm. Lakin bununla bağlı şikayətlər var. O dəfə Qızılağac qoruğuna getmişdim. Elə bildim, orada müharibə gedir. Səhərdən axşama qədər silah səsləri gəlir. Ora quş gələr?!”

S.Rüstəmxanlı düşünür ki, xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir