Siyasət

Türkiyəli ekspert: “FETÖ cildini dəyişib, gizli fəaliyyətini davam etdirir”

Sharing is caring!


“FETÖ şəklini, formasını, cildini dəyişdirib və gizli fəaliyyətini davam etdirir, buna görə də sistemli mübarizə tədbirlərinə ehtiyac var”.

Bunu “Report”un Ankara bürosuna təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar bildirib.

O deyib ki, FETÖ işğalçı terror təşkilatıdır:

“Bu şəbəkə Türkiyədə vaxtilə çox önəmli yerlərə nüfuz etdi. Ölkəmizi 350 milyard dollar zərərə məruz qoydu. Təşkilat hazırda da himayə edilir, onun gizli kriptofəaliyyəti davam etdirdiklərini bilirik”.

Ekspert vurğulayıb ki, FETÖ Azərbaycanda da son dərəcə təsirli və güclü olmağa cəhd edib:

“Onlara qarşı Türkiyə və Azərbaycan birlikdə əməkdaşlıq etdilər və bu əməkdaşlıq davam edir. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ tərəfdarları hələ də var”.

A.Ağarın fikrincə, FETÖ həm də islam dinini nüfuzdan salmaq üçün hazırlanmış bir layihədir:

“Bu təşkilatın “mülayim islam”, “dinlərarası, mədəniyyətlərarası dialoq” kimi anlayışlarla bərabər, həm də islam dinini nüfuzdan salmaq kimi bir təməl fəaliyyəti mövcuddur. “Mülayim islam, imperial güc” layihələrini həyata keçirmək üçün var qüvvələri ilə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Bu layihənin bütün islam dünyasında – Orta Asiyada, Balkan ölkələrində, Afrikada qlobal güclərə xidmət etdiyini görürük. Odur ki, FETÖ təşkilatının nüfuz etdiyi bütün ölkələr bu şəbəkəyə qarşı birgə əməkdaşlıq əsasında mübarizə apararlarsa, bu, daha faydalı olar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir