Cəmiyyət

Qusarda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

Sharing is caring!


Qusar şəhərində kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin yedikləri göbələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt öz təsdiqini tapmayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Aparılan araşdırmalar zamanı və götürülmüş qan analizlərinin müayinəsi nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazı zəhərlənməsindən baş verdiyi məlum olub.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Qeyd edək ki, oktyabrın 14-də Qusarda kirayədə yaşayan Cəlilabad rayon sakinləri olan üç qardaş – 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov, 1978-ci il təvəllüdlü Sakit Yusif oğlu Zeynalov və 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov zəhərləniblər. Nəticədə Sabir Zeynalov və Sakit Zeynalov ölüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir