Cəmiyyət

Meşəlidə Vaqif Xaçatryanın qətlə yetirdiyi sakinlərin adları açıqlanıb

Sharing is caring!


Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

“Report”un məlumatına görə, bu barədə Vaqif Xaçatryanın ittiham aktında qeyd olunub.

İttihamda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 6 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Qədim Quliyevi, 1936-ci il təvəllüdlü Ruba Hacı qızı Quliyevanı, 1903-cü il təvəllüdlü Mətləb Qənimət oğlu Quliyevi, 1 iyul 1932-ci il təvəllüdlü Novruz Məhərrəm oğlu Novruzovu, 1 iyul 1932-ci il təvəllüdlü Adilə Məhəmməd qızı Novruzovanı, 1977-ci il təvəllüdlü Rahilə Novruz qızı Novruzovanı, 1979-cu il təvəllüdlü Rübabə Novruz qızı Novruzovanı, 1 iyul 1926-cı il təvəllüdlü Əvəz Alış oğlu Sadiqovu, 1 iyul 1932-ci il təvəllüdlü Qönçə Məmmədbağır qızı Sadıqovanı, 1 iyul 1927-ci il təvəllüdlü Hüseyn Rza oğlu Nurməmmədovu, 1 iyul 1936-ci il təvəllüdlü Pakizə İslam qızı Nurməmmədovanı, 1969-cu il təvəllüdlü Nadir Nəbi oğlu İbadullayevi, 1974-cü il təvəllüdlü Vidadi Müsül oğlu Allahverdiyevi, 1 iyul 1938-ci il təvəllüdlü Xəlil Mahmud oğlu Kazımovu, 1963-cü il təvəllüdlü Əli Mürsəl oğlu Mehralıyevi, 1 iyul 1942-ci il təvəllüdlü Bəhlul Müseyib oğlu Hümbətovu, 1 iyul 1929-cu il təvəllüdlü Ənvər Bahadur oğlu Qasımovu, 1 iyul 1915-ci il təvəllüdlü Sürayyə Alış qızı Xudayarovanı, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları, 1969-cu il təvəllüdlü İsmayıl Qənimət oğlu Quliyevi, 1971-ci təvəllüdlü Zakir Novruz oğlu Novruzovu qətlə yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir