Cəmiyyət

Şəkidə “ZiL” aşıb, sürücü özünü maşından atmaq istəyərkən ölüb – FOTO

Sharing is caring!

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Mahir Zakir oğlu Hacırəhimovun idarə etdiyi “ZiL” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Bu zaman özünü yük avtomobilindən atmaq istəyən sürücü ağır xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan bütün müdaxilələrə baxmayaraq M.Hacırəhimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir