İdman

Azərbaycanlı dünya çempionu: “Çox sevincliyəm ki, İtaliyada iki dəfə himnimiz səsləndi”

Sharing is caring!


“Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20 ili tamam oldu. Hər zaman onun dəstəyini və qayğısını hiss etmişik”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şahmatın rapid növü üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva deyib.

O, İtaliyadakı dünya çempionatında çıxışından bəhs edib:

“Rapid və blits üzrə dünya çempionatı idi. Ötən il olduğu kimi bu il də həm qızlar, həm oğlanlar arasında qızıl medal qazanmağı bacardıq. Çox sevincliyəm ki, İtaliyada iki dəfə himnimiz səsləndi. Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm”.

Gənc şahmatçı qarşıda onu çətin turnirin gözlədiyini söyləyib:

“Bir həftə sonra Böyük Britaniyada “Qrand Svis” turnirində iştirak edəcəyəm. Dünyanın ən güclü qadın qrosmeysterləri orada yarışacaqlar. Əlimdən gələni edəcəyəm ki, həmin turnirdə də yüksək performans göstərim”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir