Cəmiyyət

Qızları ilə birgə özünü binadan atan qadına cəza verilmədi

Sharing is caring!


Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.

İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna – Aytənin əri Suslana zəng vurub gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.

Anasının narahatlığına görə Suslan arvadına zəng vurub acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.

Həmin gün o, övladları ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı S.A. ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.

Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını xatırlamadığını deyib:

“Heç nə yadımda deyil. Mən uşaqlarımla birgə intihar etməmişəm. Övladlarım yaşayır mənim”.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək, hiss həyəcan içində olduğunu, hazırda heç nəyi yadına sala bilmədiyini deyib.

Hökmə əsasən Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında qeydə alınıb. A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər bənzər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir