Cəmiyyət

Azərbaycanda məktəbəqədər təhsil xərcləri 50 milyon manata yaxın artırılır

Sharing is caring!


2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Layihəyə əsasən, gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9% və ya 48 182 248 manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir