Cəmiyyət

Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub

Sharing is caring!


“Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Konqresində deyib.

Onun sözlərinə görə, tibb müəssisələri ən yüksək texnologiyalarla təchiz olunaraq əhalinin istifadəsinə verilib:

“Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək yerinə düşərdi. İcbari tibbi sığorta geniş miqyasda həyata keçirilir və demək olar ki, səhiyyənin bütün sahələrini əhatə edir. Mütəmadi olaraq xidmətlər zərfi genişlənir və yenilənir. Son dərəcə çətin, ağır və böyük maliyyətutumlu cərrahi əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir