Dünya

Almaniyada silah ixracı rekord vurdu

Sharing is caring!


Almaniya hökuməti 2023-cü ildə ən azı 11,71 milyard avro dəyərində silah ixrac edib ki, bu da yeni rekorddur.

Hökumətin məlumatına görə, silah ixracı əvvəlki illə müqayisədə 40 faiz artıb. İxracatın üçdə birindən çoxu, yəni təsdiqlənmiş 4,15 milyard avroluq məhsul Ukraynaya göndərilib.

Qeyd olunub ki, rəqəmlər 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək olan dövrü əhatə edir. Bu müddət ərzində Berlin 6,15 milyard avro dəyərində hərbi silah və 5,57 milyard avro dəyərində digər hərbi texnikanın ixracını təsdiqləyib.

İxracatın demək olar ki, 90 faizi Aİ ölkələri, NATO, Ukrayna və Yaponiya, Avstraliya və Cənubi Koreya kimi NATO müttəfiqlərinin payına düşür.

Mənbə: eurointegration.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir