Cəmiyyət

Lənkəranda qanunsuz işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb – FOTO

Sharing is caring!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Əyyar Təyyar oğlu Tağıyevə məxsus şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir