Cəmiyyət

Riin Alatalu: “Şəhərlərin inkişafı zamanı Ümumdünya İrs tələblərinə baxmaq lazımdır”

Sharing is caring!


“Şəhərlərin inkişafı zamanı Ümumdünya İrs tələbləri üzrə nələrin qeyd edildiyinə baxmaq lazımdır. Bu sənədlər əsas məsələləri öyrənməyə imkan verir”.

Oxu Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) təşkilatının vitse-prezidenti Riin Alatalu deyib.

O bildirib ki, irs müzakirələri daha geniş auditoriyanı əhatə etməlidir:

“Abidə menecerləri belə mövzulara ehtiyatla yanaşmalıdır. Bu məsələdə şəhər icmalarına, turizm qurumlarına müraciət edib birgə müdafiə mexanizmi hazırlanmalıdır. Bu işdə mütləq qaydada birgə əməkdaşlıq müsbət effekt almaq üçün önəmlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir