Cəmiyyət

“Bakı Bəyannaməsi türk dövlətləri arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”

Sharing is caring!


“Türk dövlətləri minilliklər ərzində ortaq dəyərləri olan yüksək mədəniyyət və sivilizasiya formalaşdırıblar”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, mədəni irsin turizmə qazandırılması mühüm əhəmiyyət kəsb edir:

“Təsadüfi deyil ki, bu konfrans çərçivəsində TDT ölkələrinin şəhərlərinin turizm və mədəni sahələrdə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Bakı Bəyannaməsi imzalanacaq. Bu bəyannamə türk dövlətləri arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir