İdman

Daha üç boksçumuz Avropa Kubokunda mərhələ adlayıb

Sharing is caring!


Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kuboku davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə millimizin üç üzvü rinqə çıxıb.

Tayfur Əliyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. 1/8 final çərçivəsində Cuzeppe Kanoniko (İtaliya) ilə qarşılaşan Avropa Oyunlarının mükafatçısı inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti döyüşünə oktyabrın 12-də çıxacaq. Əliyevin rəqibi Rusiyanı təmsil edən Arşak Tovmasyan olacaq.

Tayfurun qardaşı Sərxan Əliyev də Avropa kubokuna qələbə ilə start verib. 71 kq çəkidə rinqə çıxan boksçu Beynəlxalq Boks Federasiyasının bayrağı altında yarışan Toni Cası 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. Döyüş oktyabrın 12-də olacaq.

63,5 kq-da Malik Həsənov da mərhələ adlayıb. O, 1/8 final mərhələsində Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdırıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Həsənov ikinci döyüşündə fransalı Lounes Hamraouini sınağa çəkəcək. Qarşılaşma oktyabrın 11-də olacaq.

Xatırladaq ki, daha əvvəl Şamil Əskərov Avropa kubokuna qələbə ilə başlayıb.

Qeyd edək ki, Avropa kubokunun üçüncü günündə millimizin daha iki boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) Cianis Salotski (Belarus) ilə, Nəbi İsgəndərov (67 kq) Adrian Krusla (İspaniya) gücünü yoxlayacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir