Cəmiyyət

Bakıda avtomobil azyaşlını vuraraq xəsarət yetirib

Sharing is caring!


Bakının Binəqədi rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Xədicə Ağasən qızı Əsgərovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir