Dünya

BMT hesabat yaydı: Qlobal iqlim dəyişikliyində rekord səviyyə

Sharing is caring!


BMT-nin strukturuna daxil olan Ümumdünya Meteorologiya Təşkilatı hesabatında qlobal iqlim dəyişikliyinin rekord səviyyələrini qeydə alıb.

Araşdırmada Yer atmosferində qlobal istiləşməyə səbəb olan üç əsas istixana qazının – karbon qazı, metan və azot oksidinin konsentrasiyasında görünməmiş artım olduğunu bildirilib.

2015-2022-ci illər müşahidələr tarixində ən isti illər olub.

Temperaturun artması ilə əlaqədar olaraq əsas müşahidələr aparılan nümunə buzlaqların əriməsi sürətlənib. Onların orta qalınlığı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər 1,3 metr azalıb. Bu, son onilliklərin orta göstəricisindən xeyli çoxdur.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir