Cəmiyyət

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Sharing is caring!


Zaqatalada yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bəhmətli kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Pünhan Cumaəli oğlu Hüseynov avtomobildə idarəetməni itirib.

Nəticədə o, “Volkswagen Passat” markalı minik avtomobilini qaz xəttinə çırparaq aşırdıb.

Qəza zamanı sürücü P. Hüseynov və avtomobildə olan Bəhmətli kənd sakini, 2001-ci il təvəllüdlü Zakir Bəkir oğlu Balayev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir