Cəmiyyət

Professor Ziya Səlçuk: “Məktəb “Google”da olmayan məlumat və biliklərin yaşandığı yerdir” – VİDEO

Sharing is caring!


“Məktəb “Google”da olan məlumatların deyil, “Google”da olmayan məlumat və biliklərin yaşandığı yerdir”.

Bunu Türkiyənin sabiq milli təhsil naziri, professor Ziya Səlçuk Təhsil TV-nin proqramında təhsilin gələcəyi, müəllim davranışı, gələcəyin peşələri mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, məktəbə yeni tərif vermək lazımdır:

“Müəllim əgər uşaqları yetişdirmək üçün hər cür bacarığa malik olarsa, o zaman uşaq da sosial-linqvistik inkişafında sıçrayış edər”.

Z.Səlçuk qeyd edib ki, texnologiya təhsil və məktəbin önünə keçərsə, tarazlıq pozular:

“Xüsusilə süni intellekt çağında bəşəriyyət əvvəllər bir-iki dəfə düşündüyü halda, indi yüz dəfə düşünməlidir. Çünki bəşəriyyət tarixində insanın təbiəti heç vaxt bu qədər çətinliyə məruz qalmayıb”.

Daha ətraflı videoda:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir