Siyasət

Gürcü politoloq: “Azərbaycanın tarixi ərazilərini bərpa etməsi gürcü xalqı və dövləti üçün xoş bir haldır”

Sharing is caring!


“Azərbaycan öz tarixi ərazilərini bərpa edib. Bu gürcü xalqı və dövləti üçün də çox xoş bir haldır. Çünki, Gürcüstanın da bənzər problemləri var və Azərbaycan nümunəsi gürcü xalqını ruhlandırır”.

Bu sözləri “Report”un yerli bürosuna gürcü politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin region üçün təklif elədiyi bütün strateji layihələrdə Gürcüstan aktiv iştirak edəcək.

“25 il bundan öncə Azərbaycan-Gürcüstan dostluğuna həm də strateji tərəfdaşlıq əlavə olundu. Mühüm bir çox ortaq layihələri Azərbaycan Gürcüstanın iştirakı ilə ölkəmizin ərazisindən keçməklə reallaşdırır”, – deyə politoloq vurğulayıb.

“Gürcüstan və Azərbaycan arasında bir çox ortaq nöqtələr var. Bunlardan ən vacibi isə çoxmillətlilik və tolerantlıqdır. Azərbaycanda gürcü, erməni, rus, yunan və digər xalqlar eyni hüquqlar çərçivəsində rahat şəkildə yaşayır. Gürcüstanda da həmçinin azərbaycanlı, erməni, gürcü xalqları birgə yaşaya bilirlər. Heç vaxt da onları heç kim sıxışdırmayıb”, – deyə politoloq qeyd edib.

Gürcü politoloq fəxrlə bildirib ki, ümummilli lider Heydər Əliyevin Gürcüstana ziyarəti zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşlərində iştirak edib:

“Daha sonra isə bir neçə dəfə cənab Prezident İlham Əliyevlə də görüşmüşəm. Bakı və bölgələrində bir çox filmlər çəkmişəm. Özüm də şahidi olmuşam ki, Bakı və digər şəhərlər necə inkişaf edib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir