Cəmiyyət

Bakıda ana və iki oğlu bıçaqlandı

Sharing is caring!


Bakının Xəzər rayonununda ana və 2 oğlu bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Gözəl Hüseynağa qızı Kazımovanı, oğlanları 29 yaşlı İmanxan Valeh oğlu Kazımov və 30 yaşlı Hüseynağa Valeh oğlu Kazımovu bıçaqlayıb.

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir