Cəmiyyət

27 yaşlı gənc kəskin leykozdan əziyyət çəkir: Yaşamağa ümidi qalmayıb – FOTO

Sharing is caring!


27 yaşlı Kamran Mustafalı kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun əmisi Mübariz Mustafayev məlumat verib. 

O bildirib ki, Kamran 2021-ci ildə bir dəfə ilik nəqli əməliyyatı keçirib.

“Kamran 3 ildir kəskin leykozdan əziyyət çəkir. 2021-ci ildə ilik nəqli əməliyyatı keçirsə də, xəstəlik yenidən qayıdıb. Hazırda Kamranın vəziyyəti ağırdır. Həkimlər onun son şansının kimyaterapiya qəbul etdikdən sonra İsrailə gedib müalicə olmalı olduğunu deyib. Hazırda bu müalicəni qarşılamaq üçün maddi gücümüz yoxdur”

Mübariz Mustafalı bildirib ki, müalicə üçün 10 000 dollara ehtiyac var.

“Kamran çox gəncdir, onu itirmək bizim üçün çox ağır olar. Müalicələr, dərmanlar onu artıq çox yorub. Çox əsəbi, çox aqressivdir. Yaşamağa ümidi qalmayıb. Yardımsevər şəxslərdən bizə həm maddi, həm mənəvi dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 294-33-22

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir