Cəmiyyət

Cəlilabadda su xəttində qəza olub, içməli suyun verilişi dayandırılıb

Sharing is caring!


Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Nəticədə içməli su yola axıb. Hadisədən sonra “Azərsu” əməkdaşları qəza yerinə cəlb olunublar. Həmin küçəyə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması üçün işlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir