Cəmiyyət

Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin növbəti buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Ramana sakini Zakir Quliyev köhnə adətlərdən danışıb.

Zəmanədən gileylənən bakılı ağsaqqal əvvəlki adətlərin çox dəyişdiyini deyib.

“Əvvəl gəlini götürməyə gedəndə heç oğlanı aparmırdılar. İndi gəlin maşınını bəy özü sürür. Gedir, gəlini otuzdurur, özü gətirir. Birdən görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin, 21-ci əsrdir”, – o söyləyib.

Ağsaqqal kişilərin bir-birini öpməsinə münasibətinin yaxşı olmadığını da qeyd edib:

“Əvvəl oğlanı bir əsgər gedib-gələndə öpərdilər, bir də toyunda. İndi kişilər çox öpüşürlər”.

Ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir