Cəmiyyət

İki ağır xəstəliyi olan Zəhranın anası: “Epilepsiyası tutanda onu geri qaytara bilməcəyəm deyə dəli oluram”

Sharing is caring!


12 yaşlı Zəhra iki ağır xəstəliklə mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.

O qeyd edib ki, övladı Zəhra Hüccət qızı Nuriyeva həm autizmdən, həm də serebral iflicdən əziyyət çəkir:

“Biz Lənkəranda yaşayırıq. Beş övladım var. Onlardan ən böyüyü Zəhradır. Onun iki ağır xəstəliklə mübarizəsi, həqiqətən, bir ana olaraq məni məhv edir. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Bir neçə ay öncə xeyirxah insanların dəstəyi ilə övladımı müalicə etdirməyə başlasaq da maddi vəziyyətimizə görə müalicə yenidən yarımçıq qalıb. Zəhranın gün ərzində 3-4 dəfə epilepsiyası tutur. Hər dəfə onu geri qaytara bilməyəcəyəm deyə qorxudan az qalıram dəli olam. Yardımsevər şəxslərdən mənim övladıma yenidən dəstək olmalarını, onun əlindən tutmalarını xahiş edirəm. Müalicə üçün hazırda 1 000 manata ehtiyacımız var”.

Kart nömrəsi: 5243 7544 4272 1815

Ailə ilə əlaqə: (051) 506-91-02

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir