Cəmiyyət

Hacıqabulda iki yük maşını toqquşdu: Xəsarət alan var

Sharing is caring!


Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunun 153-cü kilometrində, rayonun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, belə ki, Şəmkir rayon sakini, 31 yaşlı Yusif Təbiət oğlu Ömürlünün idarə etdiyi “Ford” markalı yük maşını qarşısında hərəkətdə olan Füzuli rayon sakini, 36 yaşlı Ömər Tapdıq oğlu Sadıqovun idarə etdiyi “DAF” markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə “Ford” markalı avtomaşının sürücüsü Yusif Təbiət oğlu Ömürlü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir