Cəmiyyət

Prezidentin köməkçisi: “Məskunlaşma ekoloji cəhətdən sağlam və dayanıqlı şəhərlərin yaranmasına təkan verir”

Sharing is caring!


“Şəhərsalma prosesində hər bir xırda element bizə təsir edir. Məskunlaşma ekoloji cəhətdən sağlam və dayanıqlı şəhərlərin yaranmasına təkan verir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov “Şəhərsalma Həftəsi 2023” forumunda çıxışı zamanı qeyd edib.

O bildirib ki, qlobal narahatlıq kimliyimizdən asılı olmayaraq hər birimizin problemidir:

“Bu gün Azərbaycan üçün də önəmlidir ki, müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu önəmli məqamdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyat keyfiyyətinin artırılmasına xidmət edir. Bunlar bizim xalqımızın və qətiyyətli ölkə başçımızın sayəsində baş verir. Bir neçə gün öncə Zəngilan forumun keçirilməsi və müzakirələr buna nümunədir.

Ümumdünya Məskunlaşma həftəsi dayanıqlı şəhərlərin artmasına təkan verəcək. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Biz mehriban, canlı şəhər inkişafına təkan verəcək, milyonlarla insanın həyatına müsbət təsir edəcək addımlar atmalıyıq. Şəhər planlaşması insanların rifahı üçün vacibdir. Dünya Məskunlaşma Günü gələcək çağırışlar üçün mayak rolu oynayır. Eləcə də bu günün əhəmiyyətini dərk edərək gələcək üçün dayanıqlı şəhər uğrunda birgə mübarizə aparmalıyıq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir