Cəmiyyət

AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA

Sharing is caring!

Milli Məclisin deputatı Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasının (AVP) Mətbuat xidmətnin rəhbəri Tünzalə İsmayıllı bəzi mətbuat orqanlarında F.Ağamalı barəsində yer alan fikirlərə münasibət bildirib.

“Hürriyyət” qəzetində çap olunan Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… –  başlıqlı yazı  bir çox xəbər portallarında da dərc olunub. “Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi” yarımbaşlığında Fəzail Ağamalı ilə bağlı olan fikirlər kökündən yalnışdır. Bu günə qədər bütün mətbuatda gedən açıqlamalardan da bəlli olub ki, Hüseyn Abdullayevin deputat mandatından  məhrum edilməsi Ramiz Mehdiyevin tapşırığı ilə deyil onun Milli Məclisdə etdiyi əxlaqa zidd çıxışlarına və Fəzail Ağamalıya  qarşı aqressiv münasibətinə  görə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir