Dünya

HƏMAS nümayəndəsi girovların azad edilməsi barədə: “Bir neçə təklif irəli sürülüb, lakin…”

Sharing is caring!


“Fələstinin HƏMAS hərəkatı İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər girovların azad edilməsi üzrə danışıqlarda iştirak etməyəcək”.

Bu sözləri HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Əli Barakaya deyib.

HƏMAS-ın Livandakı nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb, lakin ilk növbədə İsrail Qəzza zolağında əməliyyatları dayandırmalıdır.

“HƏMAS son bir-iki həftə ərzində hər hansı atəşkəs təklifini rədd edib və bu məsələdə bütün müqavimət qruplarının mövqeyi birdir: əməliyyat dayandırılmalı, nəzarət-buraxılış məntəqələri açılmalı və yaralılar çıxarılmalıdır”, – deyə o əlavə edib.

Mənbə: “Yedioth Ahronoth”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir