Cəmiyyət

Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib

Sharing is caring!


2023-cü ilin səkkiz ayı ərzində Azərbaycanda 29 334 nəfər (Bakı şəhəri üzrə 7 034 nəfər ) heyvan dişləməsi, cırmaqlamasına məruz qalıb.

Bu barədə Oxu.Az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 13 554-ü (Bakı şəhəri üzrə 2 389 nəfər) məlum it, 9 411-i (Bakı şəhəri üzrə 2 060 nəfər) naməlum it, 5 228-i (Bakı şəhəri üzrə 2 307 nəfər) pişik, 446-sı (Bakı şəhəri üzrə 150 nəfər) siçovul, 695-i (Bakı şəhəri üzrə 128 nəfər) isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.

Respublika üzrə iki quduzluq hadisəsi qeydə alınıb və hər iki hadisə ölümlə nəticələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir