Siyasət

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıblar – FOTO

Sharing is caring!


Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək tədbirin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıblar.

Qonaqlar öncə Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcəklər. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir