İqtisadiyyat

Bakı metrosu ötən ay 18 milyondan çox sərnişin daşıyıb

Sharing is caring!


Bu ilin sentyabr ayında “Bakı Metropoliteni” QSC-dən 18 milyon 343 min 214 sərnişin və yaxud hər gün orta hesabla 611 min 440 sərnişin istifadə edib.

Qurumdan verilən məlumata görə, ən çox sərnişin sentyabrın 19-da (768 min 655), ən az sərnişin isə sentyabrın 3-də (355 min 508) daşınıb.

Aylıq daşıma koronavirus (COVID-19) pandemiyası elan edilənə qədərki – 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6% az, 2022-ci ilin eyni ayına nisbətən isə 0,1% çoxdur.

2023-cü ilin 9 ayında isə Bakı metrosu 156 milyon 790 min 534 sərnişin daşıyıb. Bu isə 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,6% az və 6,9% çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir