Cəmiyyət

İdarə Heyətinin sədri: “Son iki ildə lazımi tibbi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb”

Sharing is caring!


“Biz yola çıxanda 20 özəl tibb müəssisəsi ilə müqavilə bağlanmışdı, bu gün bu müəssisələrin sayı 100-dən çoxdur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bu gün İTSDA-nın media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, bəzən xidmətlər üçün lazımi avadanlıqlar çatışmırdı:

“Bəzən həkim heyəti ilə bağlı çətinliklər olurdu. Biz daim tibb müəssisələrinin yenilənməsinə, avadanlıqların yenilənməsinə diqqət etdik. Tibb sahəsində ciddi maliyyə tələb edən sahədir. Öz imkanlarımız daxilində dövlət tibb müəssisələrinə kömək etmişik. Son iki ildə tibb müəssisələrinə lazımi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb. 300-dən çox təcili tibbi yardım maşını alınıb. Daim bütün tibb müəssisələri ilə danışıqlar aparıb çatışmazlıqları öyrənirik və çalışırıq ki, o istiqamətdə tədbirlər görək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir