Cəmiyyət

Azərbaycan sərhədçiləri Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıblar – FOTO

Sharing is caring!


Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıblar.

Bu barədə “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir.

Belə ki, hazırda məntəqədə erməniəsilli sakinlərin Ermənistan istiqamətində hərəkət etməsində müəyyən ləngimələr var. Ona görə də Azərbaycan sərhədçiləri qadın və uşaqlara, eləcə digərlərinə su, şokolad və şirniyyat paylayırlar.

Qeyd edək ki, Xankəndini tərk edən erməniəsilli şəxslər “Laçın” sərhəd-buraxılış məntəqəsindən öz şəxsi avtomobilləri ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.

Həmçinin, onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin və sərhədçilərinin humanistliyindən xəbər verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir