Dünya

İranda əxlaq polisinin döydüyü 16 yaşlı qızın ölümü təsdiqləndi

Sharing is caring!


İranda hicab qaydalarını pozduğu üçün əxlaq polisi tərəfindən döyülən və bundan sonra komaya düşən 16 yaşlı Armita Geravəndin öldüyü rəsmi olaraq təsdiqlənib.

Məlumata görə, Tehran həkimlərinin səyinə baxmayaraq, 16 yaşlı tələbə qızı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Armitanın beyin ölümü təsbit edildikdən sonra onun ailəsinə İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin göstərişi çatdırılmışdı. Tapşırığa əsasən, Məhsa Əmininin ölümündən sonra etirazların yenidən təkrarlanmaması üçün onun cənazəsi Tehrandan çıxarılmalıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir