Cəmiyyət

Bakıda 300 minlik dələduzluqda təqsirləndirilən qadın vəkil tapa bilmədiyini iddia edib

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Günay Həziyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Lent.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs maddi sıxıntılarına görə vəkillə müqavilə bağlaya bilmədiyini deyib.

Bu səbəblə G.Həziyeva məhkəmənin təxirə salınmasını istəyib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə prosesi yubatmağa cəhd edir və bu onun üçüncü bəhanəsidir. F.Qəniyev ona sonuncu xəbərdarlıq edib və iş üzrə məhkəmə prosesi sentyabrın 4-nə təyin olunub.

İttihama görə, Bakı şəhər sakini Günay Həziyeva paytaxtda müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onların qızıl-zinət əşyalarını ələ keçirib. O, vətəndaşlara müxtəlif şirnikləndirici vədlər versə də, sonradan bu vədinə əməl etməyib. G.Həziyeva ayrı-ayrı vətəndaşlara qarşı ümumilikdə 302 min manat dələduzluqda ittiham olunur. Onun barəsində istintaq dövründə polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir