Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır – FOTO

Sharing is caring!


“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov deyib.

O bildirib ki, hava şəraiti əlverişli olduğu təqdirdə bu il 20 evin bərpası icra olunacaq:

“Əgər hava şəraiti uyğun olmasa, 17 evi təhvil verə biləcəyik. 2021-2024-cü il ərzində Xınalıqda 60 evin layihələndirilməsi planlaşdırılıb. 2021-ci ildə 16 evin bərpası həyata keçirilib. 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri bərpa etməyi planlaşdırırıq”.

O əlavə edib ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir